Premyer Liqa klubundan 60-cı səfər

11:21 - 21 Fevral 2022

“Səbail” Premyer Liqada 60-cı səfər oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Bakı klubunun yubileyi “Qəbələ” ilə səfər matçına təsadüf edib. Bu görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

 

60 səfər qarşılaşmasında 14 qələbəsi olan paytaxt təmsilçisi 12 dəfə heç-heçə edib. Bakılılar rəqib meydanında 34-cü məğlubiyyətini alıb.

 

Qeyd edək ki, bunadək 24 komanda səfərdə 60 və daha çox oyun keçirmişdi. “Səbail” bu siyahıda 25-ci olub.

Xəbər xətti