Elxan Məmmədov Gəncədə "Kəpəz" rəhbərliyi ilə görüşdü

15:13 - 1 Mart 2022

Gəncə səfəri çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov şəhər stadionunda olub.

 

Sportal.az xəbər verir ki, qurum rəsmisi "Kəpəz" klubunun icraçı direktoru İlqar Nadiri ilə görüşüb. Elxan Məmmədov arenada tikintisi davam edən futbol akademiyasında görülən işlər ilə tanış olub.

 

Stadiona baxış keçirilib. İlqar Nadiri arenanın mövcud vəziyyəti ilə bağlı qonağa məlumat verib.

Xəbər xətti