Daha bir futbolçu Rusiya klubunu tərk etdi

13:17 - 4 Mart 2022

"Axmat"ın ukraynalı futbolçusu Artom Polyaros komandadan ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə Qroznu klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, oyunçu ailə məsələlərinə görə sözləşməsinin ləğvini istəyib. Çeçenistan təmsilçisi Polyaros ilə razılaşıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya olan hərbi təcavüzü nəticəsində bir neçə futbolçu Rusiyanı tərk edib.

Xəbər xətti