Qvardiola: "Diqqətimizi Premyer Liqaya yönəltmək vaxtıdır"

12:58 - 10 Mart 2022

"Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsində "Sportinq"i mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Portuqaliya təmsilçisi ilə matçdan sonra fikirlərini bildirib:

 

"Əvvəllər insanlar bizə əhəmiyyət vermirdi. İndi isə klub addım-addım böyüyür və uzun illərdir ki, biz bu yarışlarda iştirak edirik. Avropanın səkkiz ən yaxşı komandasından biri olaraq 1/4 finaldayıq. Mən anlardan həzz almağı öyrənirəm. Hamını təbrik edirəm. Diqqətimizi Premyer Liqaya yönəltmək vaxtıdır. Gələn həftə püşkatmada rəqibimizi görəcəyik".

Xəbər xətti