Lukakudan ayrılıq qərarı - "İnter"ə qayıtmaq istəyir

14:29 - 13 Mart 2022

"Çelsi"nin hücumçusu Romelu Lukaku komandadan ayrılmaq qərarı verib.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü London təmsilçisinə qoyulan qadağalardan sonra qərarını qətiləşdirib. "İnter"ə qayıtmaq istəyən futbolçu Milan təmsilçisi ilə danışıqlara başlayıb.

 

28 yaşlı hücumçu ötən yay "İnter"dən "Çelsi"yə keçmişdi. O, bu mövsüm 31 oyunda 11 qol vurub.

Xəbər xətti