Tomas Tuxel: "Lill"ə oyuna öz maşınımda 7 futbolçunu apara bilərəm"

15:20 - 14 Mart 2022

"Çelsi"nin sahibi Roman Abramoviçin aktivləri dondurulduqdan sonra klubun fəaliyyətində müəyyən çətinliklər yaranıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Tomas Tuxel bu mövzu ilə bağlı suala maraqlı cavab verib. Almaniyalı mütəxəssis Çempionlar Liqası 1/8 final mərhələsinin "Lill"ə oyunu üçün Fransaya necə gedəcəkləri haqda belə danışıb:

 

"Lill"ə oyuna getmək üçün bir təyyarəmizin olduğunu bilirəm. Təyyarə ilə gedə bilməsək, qatar və ya avtobusla gedəcəyik. Əgər avtobus da olmasa, öz maşınımda 7 futbolçunu apara bilərəm".

 

Qeyd edək ki, "Lill" - "Çelsi" qarşılaşması martın 16-sı Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Xəbər xətti