İstanbul derbisində "Qalatasaray" sevindi - VİDEO

23:10 - 14 Mart 2022

Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Qalatasaray" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Qarşılaşma "sarı-qırmızılar"ın 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 38-ə yüksəldən "Qalatasaray" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 45 xal toplayan "Beşiktaş" isə 8-ci yerdədir.

 

"Qalatasaray" - "Beşiktaş" 2:1

Qollar: Kərəm Aktürkoğlu, 22, 32 - Rıdvan Yılmaz, 85

Xəbər xətti