Super Liqa klubuna transfer qadağası

20:52 - 15 Mart 2022

Türkiyənin "Giresunspor" klubu ağır cəzaya məruz qalıb.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi transfer qadağası ilə üzləşib. Bu barədə "çotanaklar"ın rəsmi saytı məlumat yayıb. Lakin cəzanın neçə transfer mövsümünü əhatə edəcəyi barədə məlumat verilməyib.

 

"Girəsunspor"un cəzaya məruz qalmasının səbəbi 2019-2020-ci il mövsümündə komandada çıxış etmiş qapıçı Adriano Fakkiniyə 115 min avroluq borcun ödənməməsidir.
 

29 turdan sonra 35 xal toplayan "Giresunspor" Türkiyə Super Liqasında turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti