"Barselona"nın futbolçusu: "Qalatasaray"ın heç bir şansı yoxdu"

18:30 - 17 Mart 2022

"Barselona"nın yarımmüdafiəçisi Adama Traore Avropa Liqası pley-off mərhələsinin "Qalatasaray"la cavab oyunundan əvvəl açıqlama verib.

 

Sportal.az ESPN-a istinadən xəbər verir ki, 26 yaşlı vinger iddialı açıqlaması ilə yadda qalıb. İspaniyalı futbolçu "Qalatasaray"ın şansı olmadığını bildirib:

 

"Qalatasaray"ı bu dəfə məğlub edəcəyik. Onların heç bir şansı yoxdur".

 

Qeyd edək ki, "Qalatasaray" - "Barselona" matçı bu gecə Bakı vaxtilə saat 21:45-də "NEF Stadionu"nda baş tutacaq. Bu komandalar arasında "Kamp Nou"da keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Xəbər xətti