PSJ darmadağın oldu - VİDEO

17:59 - 20 Mart 2022

Fransa 1-ci Liqasında 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider PSJ səfərdə "Monako"nun qonağı olub. Matç "knyazlıq" təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Məğlubiyyətə baxmayaraq, PSJ 65 xalla liderliyini davam etdirir. Parislilər ən yaxın izləyicisi "Marsel"i 15 xal qabaqlayır. Xallarını 44-ə yüksəldən "Monako" isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 

"Monako" - PSJ 3:0

Qollar: Vissam Ben Yedder, 25, 84, (pen), Kevin Volland, 68

 

Xəbər xətti