Türkiyənin oyunu almanlara tapşırıldı

15:51 - 22 Mart 2022

DÇ-2022-nin pley-off mərhələsində martın 24-də keçiriləcək Portuqaliya - Türkiyə matçının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Sidel və RafaelFoltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.

Xəbər xətti