"Keşlə"nin vingeri: "Sərf etdiyiniz hər bir saatın qarşılığı mütləq olacaq"

11:59 - 24 Mart 2022

"Keşlə"nin braziliyalı futbolçusu Felipe Santos instaqram hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı vinger bunları qeyd edib:

 

"Həyatınızın çətin anlarında daha çox böyüyürsünüz. Heç nə boş deyil. Sərf etdiyiniz hər bir saatın qarşılığı mütləq olacaq. Özünüzə meydan oxuyun, böyüməyə, inkişaf etməyə çalışın. Nəyin bahasına olur olsun, zəfər bir gün gələcək. Sadəcə vaxtı ertələnir. Özünə meydan oxu, bacara bilərsən!"

 

"Keşlə"nin mövsümün əvvəlində heyətinə cəlb etdiyi Felipe Santos Azərbaycan Premyer Liqasında meydana çıxdığı 16 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti