"Qalatasaray" 8 futbolçusunu göndərir

13:09 - 24 Mart 2022

Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda heyətdə ciddi dəyişikliklər edəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 8 futbolçu ilə yollarını ayıracaq. Sofian Fequli, Rayan Babel, Arda Turan, Aytaç Kara, Oğulcan Çağlayan, Emre Taşdemir, Xesse Sekidika və Valentin Ozornvafor komandadan göndəriləcək.

 

"Sarı-qırmızılar"ın rəhbərliyi həm maaş büdcəsini azaltmaq, həm də daha gənc futbolçulardan ibarət kollektiv yaratmağı planlaşdırır.

Xəbər xətti