Burak Yılmaz: "Bu penaltini ömrüm boyu hər gecə yuxuda vuracağam"

11:56 - 25 Mart 2022

Türkiyə milli komandası DÇ-2022-nin pley-off mərhələsinin yarımfinal oyununda Portuqaliyaya 1:3 hesabı ilə məğlub olaraq dünya çempionatına qatılmaq şansını itirdi.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ay-ulduzlular"ın kapitanı Burak Yılmaz açıqlama verib. 36 yaşlı hücumçu qola çevirə bilmədiyi penalti zərbəsi haqda danışıb:

 

"Penaltini qola çevirə bilsəydim, Portuqaliya üçün işlər çətin olacaqdı. Necə oldu ki, vura bilmədim, hələ də şokdayam. Amma bu, futboldur. Bəlkə də futbolun gözəlliklərindən biri budur. Bizim üçün pisdir, amma Portuqaliya üçün gözəl hadisələrdən biridir. Ölkəmizi, insanlarımızı kədərləndirdik. Hər kəsdən üzr istəyirəm. Oyundan sonra çox pərişan idim, hədə də pərişanam. Bu, mənim son dünya çempionatım idi. Bu gün bu da bitdi. Penalti təyin olunarkən yüz faiz qol olacağını düşündüm. Hesabın 2:2 olduğunu və ondan sonrasını düşünməyə başladım. Dəqiq yerinə yetirə bilməyəndə isə mənim üçün böyük xəyal qırıqlığı oldu. Üzr istəyirəm. Başqa nə deyə bilərəm ki? Bu penaltini ömrüm boyu hər gecə yuxuda vuracağam". 

Xəbər xətti