Burak Yılmaz milli karyerasını başa vurdu

12:29 - 25 Mart 2022

Burak Yılmaz Türkiyə milli komandasındakı karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2022-nin pley-off mərhələsinin Portuqaliya ilə matçından (1:3) sonra bu qərarı verib. Təcrübəli forvard qərarının doğru olduğunu düşündüyünü bildirib:

 

"Bu gün son oyunumu keçirdim. Milli komandadakı karyeramda son nöqtəni qoydum. Bayrağı gənclərə təhvil verib onlara kənardan dəstək olacağam. Belə bir matçdan sonra yığma ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm".

 

Qeyd edək ki, Burak yılmaz Türkiyə millisinin heyətində meydana çıxdığı 77 matçda 31 qol və 8 mhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti