Uruqvayı dünya çempionatına yüksəldən qələbə - VİDEO

14:17 - 25 Mart 2022

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Uruqvay milli komandası doğma meydanda Perunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 25-ə yüksəldən Uruqvay turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və sona bir tur qalmış dünya çempionatına vəsiqəni təmin edib. Peru isə 21 xalla 5-ci yerdədir.

 

Uruqvay - Peru 1:0

Qol: Corcian De Arraskaeta, 42

 

Xəbər xətti