"Mançester Yunayted" portuqaliyalı ilə yeni müqavilə imzalayır

15:34 - 25 Mart 2022

"Mançester Yunayted" Bruno Fernandesi komandada saxlamaq istəyir.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" portuqaliyalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcək. "Sky Sports"un məlumatına görə, Premyer Liqa klubu 27 yaşlı futbolçunun 2025-ci ilin yayında başa çatan sözləşməsini daha 5 il müddətinə uzadacaq.

 

Qeyd edək ki, Bruno Fernandes "Mançester Yunayted"ə 2020-ci ilin qışında "Sportinq"dən 60 milyon avroya transfer olunub. Portuqaliya millisinin üzvü cari mövsümdə "mankunyanlar"ın heyətində meydana çıxdığı 37 oyunda 9 qol və 14 asistlə yadda qalıb.

Xəbər xətti