Türkiyə klubunda yeni baş məşqçi

15:51 - 25 Mart 2022

Türkiyənin "Altay" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İzmir təmsilçisi bu posta Sinan Kaloğlunu gətirib. Məlumatı Super Liqa təmsilçisinin rəsmi saytı yayıb. 40 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Sinan Kaloğlu "ağ-qaralar"ın baş məşqçisi postunda iki gün əvvəl istefaya göndərilən Derkan Özbaltanı əvəz edib.

 

30 turdan sonra 29 xal toplayan "Altay" Türkiyə Super Liqasında turnir cədvəlinin 17-ci pilləsindədir.

Xəbər xətti