Kriştiano Ronaldo ən yaxşı seçildi

16:38 - 26 Mart 2022

İngiltərənin "Mançester Yunayted" klubunda mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu ada Kriştiano Ronaldo layuq görülüb. Məlumatı klubun rəsmi saytı yayıb. Portuqaliyalı ulduz azarkeşlər arasında keçirilən sorğuda Ceydon Sanço və Fredi qabaqlayıb.

 

37 yalı hücumçu cari mövsümdə üçüncü dəfə ayın ən yaxşısı seçilib. O, 2021-ci ilin sentyabr və oktyabr aylarında da ən yaxşı adına layiq görülmüşdü.

 

Qeyd edək ki, Kriştiano Ronaldo mart ayı ərzində meydana çıxdığı 3 oyunda 3 qol vurub. Təcrübəli futbolçu Premyer Liqanın "Tottenhem"lə matçında (3:2) het-trik edib.

Xəbər xətti