Tanınmış məşqçi üzüm bağlarına görə "Beşiktaş"dan imtina etdi

17:21 - 26 Mart 2022

Portuqaliyalı məşqçi Leonardu Jardim "Beşiktaş"ı çalışdırmaqdan imtina edib.

 

Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebi məlumat verib. Klub rəhbəri 47 yaşlı mütəxəssisin üzüm bağlarına görə "qara qartallar"ın təklifindən imtina etdiyini bildirib:

 

"Portuqaliyalı bir məşqçi ilə danışdıq. Adını hazırda xatırlamıram. Bizdən 4,5 milyon avro maaş istədi. Portuqaliyada şərab zavodu var. Hazırda üzümləri ilə məşğul olması lazım imiş. "Trabzonspor"la oyunumuzu tribunadan izlədikdən sonra Portuqaliyaya qayıdıb bağ işləri ilə məşğul olacağını dedi. Qərarını da daha sonra verəcəyini bildirdi. Biz də onunla danışıqları dayandırdıq".

 

Qeyd edək ki, Leonardu Jardimlə anlaşa bilməyən "Beşiktaş" baş məşqçi postuna fransalı Valerien İsmaeli gətirib.

Xəbər xətti