"Qəbələ" - "Zirə" matçı Respublika Stadionunda

18:54 - 26 Mart 2022

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirən “qırmızı-qaralar” “Zirə” ilə görüşəcək.

 

Oyun sabah – martın 27-də baş tutacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Qəbələ” – “Zirə” oyunu saat 16:00-da başlayacaq.

 

Xatırladaq ki, “Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 3-də “Keşlə”yə qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbər xətti