DÇ:2022: 36 il sonra gələn vəsiqə - VİDEO

10:50 - 28 Mart 2022

DÇ-2022-yə vəsiqə qazanan daha bir komanda məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, Kanada milli komandasıdır. Kanadalılar CONCACAF zonasının seçmə mərhələsinin 13-cü turunda Yamaykanı 4:0 hesabı ilə məğlub edərək Qətərdə keçiriləcək mundialda iştirak etmək hüququ əldə edib.

 

Kanada tarixində 2-ci dəfə dünya çempionatında iştirak edəcək. Yığma sonuncu dəfə DÇ-1986-da çıxış edib.

 

Kanada - Yamayka 4:0

Qollar: Kayl Larin, 13, Tyjon Buçanan, 44, Junyor Hoylett, 83, Adrian Mariappa, 88

 

Xəbər xətti