Cavid İmamverdiyev məşqlərə başladı

18:31 - 30 Mart 2022

"Kəpəz"in zədəli futbolçusu Cavid İmamverdiyev sıraya dönüb.

 

Sportal.az xəbər verir ki, bir müddət əvvəl əməliyyat olunan 32 yaşlı yarımmüdafiəçi məşqlərə başlayıb. Milli komandamızın keçmiş üzvü daha çox bərpaedici məşqlər edir.

 

Təcrübəli yarımmüdafiəçinin növbəti turlarda meydana çıxacağı gözlənilir.

Xəbər xətti