DÇ:2022: Final mərhələsinin püşkü atıldı - YENİLƏNİB

21:17 - 1 Aprel 2022

Qətərdə baş tutacaq DÇ-2022-nin final mərhələsinin püşkü atılıb.

 

Sportal.az qrupların tərkibini diqqətinizə çatdırır:

 

A qrupu

Qətər

Ekvador

Seneqal

Niderland

 

B qrupu

İngiltərə

İran

Amerika Birləşmiş Ştatları

Uels // Şotlandiya - Ukrayna

 

C qrupu

Argentina

Səudiyə Ərəbistanı

Meksika

Polşa

 

D qrupu

Fransa

Peru // Avstraliya - BƏƏ

Danimarka

Tunis

 

E qrupu

İspaniya

Kosta Rika - Yeni Zelandiya

Almaniya

Yaponiya

 

F qrupu

Belçika

Kanada

Mərakeş

Xorvatiya

 

G qrupu

Braziliya

Serbiya

İsveçrə

Kamerun

 

H qrupu

Portuqaliya

Qana

Uruqvay

Cənubi Koreya

 

********

 

Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, Qətərin paytaxtı Dohada baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkdən öncə komandalar səbətlərə bölünüb. Ev sahibi Qətərlə yanaşı, daha 7 yığma birinci səbətdə yer alıb.

I səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə. İspaniya, Portuqaliya

II səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya

III səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis

IV səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç pley-off qalibi.

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri - Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə qarşılaşacaq.

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Xəbər xətti