"Qəbələ" braziliyal müdafiəçi ilə müqavilə imzaladı

22:18 - 1 Aprel 2022

“Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilə müddətini uzadıb.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato komandanın heyətində keçirdiyi 22 matçda 2 qol vurub.

Xəbər xətti