"Səbail" albaniyalı müdafiəçi ilə yollarını ayırdı

19:17 - 14 Aprel 2022

“Səbail” albaniyalı müdafiəçi Yurqen Qoxa ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Futbolçuya azad agent statusu verilib. Qoxaya klubun kollektivi adından təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

 

Müdafiəçi 2021/22-ci illər mövsümündə “dənizçilər”in heyətində 20 oyunda meydana çıxıb, 2 qola imza atıb.

Xəbər xətti