Millimizin üzvü "Sumqayıt"da

15:40 - 15 Aprel 2022

Azərbaycan millisinin üzvü Anatoli Nuriyev karyerasını "Sumqayıt"da davam etdirəcək.

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi artıq onu Peşəkar Futbol Liqasına sifariş edib. Nuriyev yeni klubunda 91 nömrəli formanı geyinəcək.

25 yaşlı yarımmüdafiəçi son olaraq Ukraynada "Kolos"un formasını geyinib.

Xəbər xətti