Azərbaycan Kubokunda yarımfinalın təyinatları açıqlandı

16:59 - 19 Aprel 2022

Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları müəyyənləşib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:

 

20 aprel (çərşənbə)

17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu

 

20:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti