PSJ-də Messi şoku

17:16 - 19 Aprel 2022

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Lionel Messi zədələnib. Bu barədə klubun mətbuat xitməti məlumat yayıb.

 

Argentinalı ulduzun ayaq vətərində iltihab aşlarlanıb. 34 yaşlı futbolçunun son durumuna 48 saat ərzində aydınlıq gələcək.

 

Messi cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 29 matçda 8 qol və 13 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti