Maradonanın forması rekord qiymətə satıldı

19:23 - 21 Aprel 2022

Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradonanın forması auksionda satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, futbolçunun 1986-cı ildə baş tutan dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirilən oyunda (2:1) geydiyi forma rekord qiymətə satılıb.

 

Maradonanın əli ilə qol vurduğu matçdakı forması 4 milyon funt-sterlinqə sahibini tapıb. Bu, futbol forması üçün ödənilmiş ən yüksək məbləğdir.

 

Qeyd edək ki, Dieqo Armando Maradona 1960-2020-ci illərdə yaşayıb.

 

Xəbər xətti