Dünya çempionatının favoritlərini açıqladı

14:54 - 23 Aprel 2022

Fransa millisinin futbolçusu Antuan Qrizmann DÇ-2022-nin favoritlərini açıqlayıb.

Sportal.az xəbər verir ki, AS nəşrinə danışan yarımmüdafiəçi bunları deyib:

"Favorit Braziliya, İspaniya, Argentina və Fransadır. Vaxtımız var, təmkinli olmalıyıq. Yaxşı komandamız var. Arıdıl 9 oyun uduzmamışıq, bu, yaxşıdır".

DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək. Son dünya çempionu Fransa D qrupunda Danimarka və Tunislə birlikdə yer alıb. Dördüncü komanda isə Peru, Avstraliya və ya BƏƏ olacaq. 

Xəbər xətti