Aftandil Hacıyev 100-ə çatdı

10:43 - 25 Aprel 2022

“Səbail” Aftandil Hacıyevin rəhbərliyi altında 100-cü çempionat matçını keçirib.

 

Sportal.az xəbər verir ki, bu yubiley Premyer Liqanın XXIV turuna təsadüf edib. “Neftçi” ilə ev matçı Hacıyev üçün 100-cü sınaq olub.

 

2018-ci ilin yayından Bakı təmsilçisini çalışdıran mütəxəssisin yetirmələri 4 mövsüm ərzində 26 qələbə qazanıb. “Səbail” Hacıyevin rəhbərliyi altında 21 heç-heçə edib və 53 dəfə uduzub.

 

Qeyd edək ki, bu matçda “Səbail” 0:1 hesabı ilə uduzub.

Xəbər xətti