"Kəpəz"in futbolçusu: "Yalnız qələbə haqda fikirləşirik"

12:28 - 27 Aprel 2022

"Kəpəz" I Divizionda XXIII turun oyunları çərçivəsində bu gün səfərdə "Zirə-2" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, görüş öncəsi “sarı-göylər”in futbolçusu Nicat Süleymanov klubun mətbuat xidmətinə matçla bağlı fikirlərini bölüşüb:
 

“Yalnız qələbə haqda fikirləşirik, özümüzə inanırıq. Başqa məqsədimiz yoxdur. Çempionatın sonuna az qalıb. Çalışacağıq ki, qarşıdakı bütün oyunlarda qələbə qazanıb maksimum xallar yığmaqla mükafatçılar sırasına düşək. Ümid edirik ki, belə də olacaq. “Səbail-2” komandası ilə görüş bizim üçün dönüş nöqtəsi oldu. “Qara zolağa” düşmüşdük, ona görə qələbə qazanmaq bizim üçün çox vacib idi. Hesabda geri düşsək də, əzmkarlıq göstərib istəyimizə nail olduq. Növbəti hədəf “Zirə-2” ilə görüşdə qalib gəlməkdir. Düzdü, bütün oyunlara eyni istəklə çıxırıq amma bəzən alınmır”.

Xəbər xətti