Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı

18:27 - 28 Aprel 2022

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

 

Sportal.az xəbər verir ki, E.Səmədli qadın futbolçulardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

 

Bu qrupda Sloveniya, Qazaxıstan, Bosniya və Herseqovina və Litva milli komandaları mübarizə aparacaq. Oyunlar may 11-dən 14-dək Litvada təşkil olunacaq.

Xəbər xətti