Dembele "Barselona"nın məşqinə qatılmadı

22:17 - 30 Aprel 2022

"Barselona" İspaniya La Liqasının 34-cü turunda "Malyorka"nı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiçisi Usman Dembele bu matçı buraxa bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Fransalı cinah oyunçusu xəstlənib və komandanın son məşqində iştirak etməyib.

Sabah keçiriləcək "Barselona" - "Malyorka" oyunu saat 23:00-da başlayacaq.  

Xəbər xətti