Çempiondan "Qəbələ"yə 5 cavabsız qol - VİDEO

16:23 - 3 May 2022

Azərbaycan I Divizionunda XXIV turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, çempionluğu təmin edən "Qaradağ Lökbatan" öz meydanında "Qəbələ-2"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 54-ə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Qəbələ-2" isə 30 xalla 9-cu yerdədir.

 

Qaradağ Lökbatan – Qəbələ-2 5:0
Qollar: 
Ceyhun Muxtarlı, 25. Həbib İsmayılov, 40. Ürfan İsmayılov, 47. Elnur Səmədov, 53. Sabir Allahquliyev, 70.

 

Xəbər xətti