İtaliya klubunun yeni baş məşqçisi məlum oldu

18:07 - 3 May 2022

İtaliyanın "Kalyari" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Alessandro Aqostini çalışdıracaq. Məlumatı klubun rəsmi saytı yayıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Alessandro Aqostini "Kalyari"nin baş məşqçisi postunda dünən istefaya göndərilən Valter Matsarini əvəz edib.

Xəbər xətti