Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

11:26 - 4 May 2022

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşünə vəsiqə qazanmaq üçün "Real"la "Mançester Siti" üz-üzə gələcək. "Santyaqo Bernabeu Stadionu"nda baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.

 

Bu komandalar arasında İngiltərədə keçirilən ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

"Real" - "Mançester Siti" matçının qalibi finalda "Liverpul"la qarşılaşacaq.

 

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

4 may

23:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 3:4

Xəbər xətti