Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

17:24 - 5 May 2022

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Real"ın qapıçısı Tibo Kurtua layiq görülüb. Məlumatı UEFA-nın rəsmi saytı yayıb.

 

Belçikalı qolkiper azarkeşlər arasında keçirilən səsvermədə "Vilyarreal"dan Françis Koklen, "Liverpul"dan Luis Dias və "Mançester Siti"dən Bernardo Silvanı qabaqlayıb.

 

Kurtua "Real"ın "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edib finala yüksəldiyi görüşdə 90 dəqiqə meydanda olub və 8 qurtarışla yadda qalıb.

Xəbər xətti