"Sabah"ın hücumçusu "Səbail"ə qarşı oynamayacaq

11:34 - 7 May 2022

"Sabah" Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu görüşə itki ilə çıxacaq. Fil Dişi Sahilindən olan hücumçu Fofana Tiemoko zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Səbail" - "Sabah" qarşılaşması 8 may tarixində, saat 18:00-da "ASCO Arena"da baş tutacaq.

Xəbər xətti