Azərbaycanlı futbolçuların komandası qələbə qazandı

17:39 - 7 May 2022

Rusiya I Divizionunda 36-cı turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Əliyev və David Qarayevin çıxış etdiyi  “SKA-Xabarovsk” doğma meydanda “Tomsk”la qarşılaşıb. Matç Xabarovsk təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub. Kamran start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. O, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. David Qarayev isə 82 dəqiqə meydanda olub.

 

“SKA-Xabarovsk” 36 turdan sonra 62 xalla 20 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti