Krivotsyukun yoxluğunda "Visla" uduzdu

20:20 - 7 May 2022

Polşa çempionatında 32-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) doğma meydanda "Varta" ilə qarşılaşıb. Matç qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Krivotsyuk bu görüşdə iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə salınmayıb.

 

45 xal toplayan "Visla" 18 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti