"Mançester Siti"də şok: 3 müdafiəçi üçün mövsüm bitdi

14:50 - 9 May 2022

"Mançester Siti"nın heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, "şəhərlilər"in müdafiəçiləri Ruben Diaş, Con Stounz və Kayl Uolker sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib.

O, hər üç oyunçunun zədə səbəbindən mövsümü bitirməli olduğunu bildirib.

"Mançester Siti" İngiltərə Premyer Liqasında sona 3 tur qalmış 86 xalla liderdir. 

Xəbər xətti