Millimizin üzvü əvəzlənməsinə sərt reaksiya verdi, məşqçiyə əsəbiləşdi

22:21 - 10 May 2022

Almaniyanın “Erzebirqe” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov qalmaqala səbəb olub.

 

Sportal.az xəbər verir ki, o, II Bundesliqanın “Verder”lə oyununda əvəzlənməsinə sərt etiraz edib.

 

32 yaşlı yarımmüdafiəçi 0:3 hesabı ilə məğlub olduqları matçın 73-cü dəqiqəsində meydandan çıxarılıb və buna sərt reaskiya verib. Təcrübəli futbolçu baş məşqçiyə qışqırıb, ehtiyat oyunçular skamyasının yanındakı su qutularını təpikləyib.

 

Nazarov daha sonra açıqlama verərək hər şeyin qaydasında olduğunu deyib: “Baş məşqçi mənə vəziyyəti izah etdi, artıq hər şey yolundadır. Komanda yoldaşlarıma kömək edə bilməyəcəyim üçün əsəbiləşmişdim".

Xəbər xətti