Haaland "Borussiya"da son qolunu vurdu - VİDEO

19:54 - 14 May 2022

Almaniya Bundesliqasında mövsümün son turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Borussiya" doğma meydanda "Herta"nı qəbul edib. Qarşılaşma Dortmund təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

69 xal toplayan "Borussiya" mövsümü 2-ci pillədə başa vurub. "Herta" isə 36 xalla 16-cı pillədə qərarlaşıb. Berlin təmsilçisi Bundesliqada qalmaq üçün pley-off matçı oynayacaq.

 

"Mançester Siti"yə transfer olan Erlinq Haaland "Borussiya"nın heyətində son oyununu keçirib.

 

"Borussiya" - "Herta" 2:1

Qollar: Erlinq Haaland, 68 (pen), Yussufa Moukoko, 84 - İshak Belfodil, 18

 

Xəbər xətti