Emil Balayev milliyə dəvət aldı

20:40 - 20 May 2022

Qazaxıstanın "Turan" klubunda çıxış edən Emil Balayev Azərbaycan milli komandasına dəvət alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Türküstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qapıçı Millətlər Liqasının qrup mərhələsinin Qazaxıstan (3 iyun) , Belarus (6 iyun) və Slovakiya  (10 iyun) oyunları üçün millimizə çağırılıb.

 

Qeyd edək ki, Emil Balayev "Turan"a mart ayında "Qarabağ"dan keçib. Təcrübəli qolkiper Qazaxıstan klubunun heyətində 1 matçda meydana çıxıb.

Xəbər xətti