Qurban Qurbanov: "Necə başladıqsa, sona kimi elə davam etdik"

21:32 - 21 May 2022

"Qarabağ"ın baş məqşçisi Qurban QUrbanov "Neftçi" ilə oyundan sonra "CBC Sport" kanalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis mövsümü dəyərləndirib:

 

"Həqiqətən, futbolçularımı təbrik etmək istəyirəm. Tək çempionluğa görə deyil, builki performansına görə onları təbrik edirəm. Necə başladıqsa, sona kimi elə davam etdik. Stabil qalmaq vacib elementlərdən biridir. Şükürlər olsun ki, istəyimizə nail olduq. Futbolçularıma alqış düşür. Baxmayaraq ki, bir neçə tur əvvəl çempionluğu rəsmiləşdirmişdik. Futbolçular səbirsizliklə medallarını gözləyir".

Xəbər xətti