"Qarabağ"dan başqa heç yerdə işləmək istəmirəm"

17:22 - 23 May 2022

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov milli komanda haqda danışıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli məşqçi "Qarabağ"ın onun həyatında ən böyük dəyər olduğunu deyib:

 

"Yenə millidən sual verdiz. Son vaxtlar başıma gələn hadisələr məni elə qərar veməyə gətirib çıxardı ki, sanki "Qarabağ"dan başqa heç yerdə işləmək istəmirəm. Biz çox şey istəyə bilərik, amma bizdən asılı olmayan səbəblər var. "Qarabağ" həyatımda ən önəmli dəyərdi".

 

Qeyd edək ki, Qurban Qurbanov 2017-2018-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi olub.

Xəbər xətti