"Borussiya" yeni baş məşqçisini açıqladı

18:41 - 23 May 2022

Almaniyanın "Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisini Edin Terziç çalışdıracaq. Bundesliqa klubunun rəsmi saytının yaydığı məlumata görə, 39 yaşlı mütəxəssislə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

 

Edin Terziç bu vaxtadək "Borussiya"da texniki direktor vəzifəsində çalışırdı. Almaniyalı mütəxəssis baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilən Marko Rouzu əvəz edəcək.

Xəbər xətti