Premyer Liqa klubu milli üzvü ilə gücləndi

18:58 - 23 May 2022

İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu Bubakar Kamaranın keçidini rəsmiləşdirib.

Birmingem təmsilçisi Fransa millisinin 22 yaşlı yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalayıb. Kamara "Aston Villa"ya "Marsel"dən azad agent statusu ilə keçib.

Xəbər xətti